Premyer Liqa klubu 3 futbolçunu göndərdi
26.05.2025 , 18:01

“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, söhbət müdafiəçilər Viktor Lindelyof, Conni Evans və yarımmüdafiəçi Kristian Eriksendən gedir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər üç oyunçunun başa çatan müqaviləsi yenilənməyib.
