Premyer Liqa klubu 11 oyunçunu satışa çıxaracaq
28.11.2025 , 12:30
“Mançester Yunayted” gələn yay heyətdə geniş dəyişikliklər etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, klub rəhbərliyi komandanı yenidən qurmaq üçün 11 oyunçu ilə yollarını ayırmaq niyyətindədir.
Satış siyahısında bu futbolçular var:
Bruno Fernandes, Kobbi Mainu, Markus Reşford, Manuel Uqarte, Kazemiro, Rasmus Hoylund, Ceydon Sanço, Altay Bayındır, Harri Maquayr, Tirell Malasiya və Coşua Zirkze.
“Qırmızı şeytanlar” bu satışlardan gələcək gəlirlə heyəti gücləndirməyi, xüsusilə cinah müdafiəsi və mərkəz yarımmüdafiəsi mövqelərində boşluqları doldurmağı planlaşdırır.
Hazırda Premyer Liqada 12 turdan sonra komanda 10-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” bazar günü səfərdə “Kristal Pelas”la qarşılaşacaq.