Futbol üzrə Azərbaycan I Divizionunda 23-cü turun təyinatları məlumdur.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, üç Premyer Liqa hakimlərindən olan İnqilab Məmmədov, Ramil Diniyev və Ömər Paşayev bu dəfə I divizion oyunlarına təyinat alıb.
21 aprel (cümə axşamı)
“Turan Tovuz” – “Energetik”
Hakimlər: Anar Niyazov, Rahin Heybətov, Məmmədəli Kərimov, Yusif Hüseynov
Tovuz şəhər stadionu, 16:00
“Mil-Muğan” – “Bakılı”
Hakimlər: İnqilab Məmmədov, Hüseyn Əsgərov, Qəzənfər Abbasov, Rəşad Aydınov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00
“Ağsu” – “Şərurspor”
Hakimlər: Ramil Əhmədov, Ramil Namazov, Elşən Məmmədov, Rövşən Rəcəbov
Ağsu şəhər stadionu, 16:00
22 aprel (cümə)
“Bakı” – “Göyəzən”
Hakimlər: Ramiz Məhərrəmov, Əli Cəbrayılov, Elşad Abdullayev, Venera Kahriç
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00
“Şahdağ” – “Neftçala”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, Elxan Əsgərzadə, Etibar Həsənov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 16:00
“Şəmkir” – “Qaradağ Lökbatan”
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Roman Vasilyev, Hacıəli Ağayev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 16:00
