İngiltərənin "Sanderlend" klubunun futbolçusu Adam Conson polis tərəfindən saxlanılıb. Yarımmüdafiəçinin 15 yaşlı qızla cinsi əlaqədə olduğu iddia edilir.
Korner.az-ın məlumatına görə, bu xəbər "Skynews" portalında qeyd edilib. Adam Consonun hazırda İngiltərədə polis məntəqələrinin birində saxlanıldığı deyilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu İngiltərə millisinin də üzvüdü.
