Premyer Liqa başqa ölkədə keçirilə bilər
03.05.2020 , 16:53

İngiltərə Premyer Liqasında mövsümün qalan oyunları Avstraliyada keçirilə bilər.
Korner.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, bununla bağlı Premyer Liqaya təklif irəli sürülüb. Rəhbərlik oyunların Avstraliyanın Pert şəhərində keçirlməsi variantı üzərində də düşünür.
Artıq bir neçə Premyer Liqa klubunun bu təklifi müsbət qarşıladığı bildirilib.
