Bu gün Topaz Premyer Liqasının XXVIII turuna yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, oyunlardan yalnız biri ikinci altılıq komandaları arasında oynanılacaq.
Turun mərkəzi oyunu Bakıda baş tutacaq: “Neftçi” – “İnter”. "Ağ-qaralar" “bankirlər”ə qalib gələrsə, xal fərqini 7-yə yüksəldəcək ki, bu da ən yaxın rəqibin çempionluq ymətlə rəqiblərindin birini demək olar sıradan çıxaracaq. Əks halda, “İnter” xal fərqini 1-ə endirməklə qızıl uğrunda mübarizəni bir az da qızışdıracaq.
28 aprel
16:00. “Bakı” – “Simurq” 2:1
Qol: Cavid Hüseynov, 9, Rauf Əliyev, 77 // Marçin Burxardt, 81
Qoolla nəticələnməyən penalti: Polyak, 12
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:0, 1:0
16:00. “Qəbələ” – “Qarabağ” 0:2
Qol: Reynaldo Silva, 69, 76
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 1:1, 0:1
18:00. “Neftçi” – “İnter” 2:0
Qol: Nikolas Kanales, 51, 70
Bakı. “Bakcell Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 2:0, 1:0
18:00. AZAL – “Xəzər Lənkəran” 2:0
Qol: Viktor İqbekoi, 24, Cavid Tağıyev, 64
Bakı. “AZAL Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:2, 2:1, 1:1
