İstanbul “Qalatasaray”ı hazırlıq oyunu çərçivəsində “Roma” ilə nəzərdə tutulmuş yoxlama oyununu təxirə salıb
Korner.az-ın məlumatına görə, görüşün baş tutmasına “Cim-Bom”un yeni baş məşqçisi Çezare Prandelli mane olub. İtaliyalı mütəxəssis dünya çempionatındakı uğursuzluqdan sonra yerli fanatların narazılığından ehtiyatlanıb və bu addımı atdığı iddia olunur.
Xatırladaq ki, azərkeşlər mundialdaki uğursuz çıxışına görə Prandellini ölümlə hədələmişdi.
