“Meydanda çox yaxşı “Qalatasaray” var idi”.
Korner.az-ın məlumatına əsasən bu sözləri “Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qalatasaray”-“Anderlext” matçından sonra deyib.
Şansın rəqib tərəfdə olduğunu deyən çalışdırıcı istefa verməyəcəyini bildirib. “İşimə davam edəcəyəm. Avrokuboklardan kənarda qaldığımız üçün məyusam. Amma mən peşəkaram”.
