"İrlandiya ilə oyun çox çətin keçdi. Çünki biz böyük azarkeş dəstəyi olan komandaya qarşı oynayırdıq. Bu, həqiqətən də qorxulu idi". Korner.az-ın məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli İrlandiya ilə oyundan sonra deyib.
Çalışdırıcı mərhələ adlamağın çətin olduğunu bildirərək, qarşıdakı matçlardan danışdı:
"Çətinliyə baxmayaraq, komandam bu oyunda ürəkdən oynadı və layiqli qələbə sayəsində 1/4 finala yüksəldi.
İnanıram ki, futbolçular 1/4 finalda da belə ürəkdən çıxış edəcəklər. Bizim "Avro-2012"də böyük planımız var. Ümid edirəm ki, Çellininin ciddi bir şeyi yoxdur. O, növbəti oyunda da komandanın yanında olacaq".
