İstanbulun “Qalatasaray” klubu dünən London “Arsenal”ına 1:4 hesabı ilə boyun əyib.
Korner.az-ın məlumatına görə, klubun baş məşqçisi Sezar Prandelli bu oyunla bağlı fikirlərini dilə gətirib:
“Son dəqiqələrdə Selçukun oynaya bilməyəcəyini öyrəndik. Bu planlarımıza təsir etdi. Məsuliyyəti üzərimə götürürəm. Biz yeni taktiki sxemlə oynayırıq. Futbolçular tapşırıqlarımı yerinə yetirməyə çalışır. Lakin, ikinci hissə dəyişiklik etməyə məcbur oldum. Təəssüf ki, bu günki oyunumuz kifayət qədər keyfiyyətli deyildi. “Arsenal” daha geniş oynamağa üstünlük verdi. Biz bunu təxmin etmirdik”
Qeyd edək ki, “Qalatasaray” növbəti turda Almaniyanın “Borussiya” klubu ilə münasibətlərə adınlıq gətirəcək.
