Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyevin Portuqaliyanın “Porto” klubunda baxışda olması haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, artıq futbolçu əvəzedici heyətdə məşqlərə başlayıb.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza verdiyi açıqlamada Orxanın noyabrın 12-sində artıq "Portu"nun əsas heyətində məşq edəcəyini bildirib.
Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 8 qarşılaşmada (486 dəqiqə) forma geyinib və rəqib qapılarından 2 top keçirib. O, ötən mövsüm isə 5 qolla komandanın Premyer Liqada ən sərrast futbolçusu seçilib.
