Ötən gün Portuqaliya ilə oyunda iki qol vuran Danimarka milli komandasının futbolçusu Niklas Bendtner UEFA tərəfindən cəzala bilər. Korner.az-ın məlumatına görə, buna səbəb 24 yaşlı hücumçu Avro-2012 çərçivəsində oyun zamanı vurduğu qoldan sonra reklam xarakterli hərəkətə yol verib.
Danimarkanın 2:3 hesabı ilə məğlub olduğu matçda hücumçu “dubl” etdikdən sonra formasını qaldırıb-şortunu endirərək, alt paltarının üzərindəki bukmeyker kontorunun adını tribunalar və televiziya ekranları qarşısında nümayiş etdirib.
Qeyd edək ki, UEFA qaydalarına əsasən, Avropa çempionatında geyilən formaların üzərində heç bir sponsorun adı əks olunmamalıdır.
