Bu gün “Sheraton Baku Airport Hotel”də AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyanın "Sportinq" klubunun rəsmiləri ilə görüşüb.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Məmmədov Portuqaliya klubunun baş direktoru Valdemar Barreto və klubun inkişaf direktoru Virxiliu Lopeşlə görüş keçirib.
Görüşün məqsədi "Sportinq" ilə əməkdaşlığın müzakirəsi, təcrübə mübadiləsi və gələcəkdə Bakıda bu klubun uşaq futbol məktəbinin açılması olub. Portuqaliyalı klub rəsmiləri bu gün Bakı şəhərində AFFA tərəfindən həyata keçirilmiş infrastruktur layihələri ilə tanış olub.
Qeyd edək ki, bu, baş katib Elxan Məmmədovun "Sportinq" rəhbərliyi ilə ikinci görüşüdür.