Portuqaliyalı qapıçıdan yeni rekord
27.10.2022 , 17:24

Portuqaliyanın “Portu” komandasının qapıçısı Dioqo Kosta UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Korner.az xəbər verir ki, 23 yaşlı qolkiper buna ÇL-in qrup mərhələsinin 5-ci turu çərçivəsində Belçikada “Brügge”ni 4:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
Bu qarşılaşmada Noa Lanqın penaltisini dəf edən Kosta, qitənin bir nömrəli klub turnirində bir mövsümdə 3 penaltini qaytaran ilk qapıçıya çevrilib.
