Futbol

Portuqaliyalı mütəxəssis 200-ə çatdı

07.07.2020 , 17:39

İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem” “Everton”a 1:0 hesabı ilə qalib gəlib.

Korner.az xəbər verir ki, görüş “Tottenhem”in baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

Belə ki, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb.

O, Aleks Fergüsson, Arsen Venger, Harri Rednapp, Devid Moyesdən sonra 200-cü qələbə səddinə çatmağı bacaran 5-ci məşqçi olub.

Son yazılar

Yuxarı