"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsrail oyunu rəqib komandaların da diqqət mərkəzindədir.
Korner.az– ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Portuqaliya Futbol Federasiyası tərəfindən Bakıya ezam olunmuş məşqçi Jose Carneiro millimizin İsrail yığmasına qarşı oyununu izləyəcək.
