Avropa Liqasında Estoniyanın "Nomme Kalyu" klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran" Avstriyada təlim-məşq toplantısını davam etdirir. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisinin heyətinə iki futbolçu qoşulacaq. Daha doğrusu baxışa dəvət edilən futbolçulardan biri portuqaliyalı portuqaliyalı yarımmüdafiəçi Rikardo Jorje Querreyro Felisbertodu.
Son iş yeri Kiprin “Ayia Napa” klubu olan portuqal yarımmüdafiəçi haqda qərar sabahkı yoxlama matçından sonra veriləcək.
“Xəzər Lənkəran”ın baxışa çağırdığı digər futbolçu Argentinadandı. Cənub təmsilçisi argentinalı futbolçunun yolunu gözləyir.
