Portuqaliya yığmasının futbolçusu Vitorino Antuneş martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla səfərdə keçirəcəkləri oyunlardan danışıb.
Korner.az-ın məlumatına görə, 26 yaşlı futbolçu DÇ-2014-ün seçmə oyunları çərçivəsindəki bu vacib iki oyundan danışarkən bunları deyib:
"Azərbaycan və İsraillə qarşılaşmalar bizim üçün çox vacibdir. Həmin oyunlar dünya çempionatının final mərhələsinə vəsiqə baxımından böyük əhəmiyyət kəsb edir. Baş məşqçimiz Paulu Bentunun ilkin siyahısında yer aldığım üçün çox şadam. Məni səfərə çıxacaq heyətdə saxlaması baxımında narahatçılıq keçirmirəm. İndi “Malaqa”dakı işlərimi düşünürəm. İndi “Porto” ilə matçı fikirləşməliyəm”.