26 mart 2013-cü il tarixdə FİFA 2014 Dünya Çempionatının seçmə oyununda Azərbaycan yğıma komandasının qonağı olacaq Portuqaliya millisi artıq Bakıdadır.
Korner.az–ın məlumatına görə, bu gün qonaqlar "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda açıq məşq keçiriblər.
Təxminən, 90 dəqiqə davam edən məşqi Portuqaliya mediasının nümayəndələri ilə bərabər yüzlərlə azarkeş izləyib.
Qızınma hərəkətlərinin ardından topla çalışmalar yerinə yetirən qonaqlar məşqi standard vəziyyətlərin icrası ilə tamamlayıblar.
Qeyd edək ki, Portuqaliya millisi 24 mart 2013-cü il tarixində klubun bazasında daha bir məşq keçirəcək. Saat 11-də baş tutacaq məşq qapalı xarakter daşıyacaq.
