Portuqaliya millisinin üzvü “Arsenal”da
31.01.2020 , 18:23

“Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Sedrik Soareşi heyətinə cəlb edib.
28 yaşlı futbolçu mövsümün sonuna qədər “topçular”da çıxış edəcək.
2015-ci ildən “Sauthempton”un formasını geyinən Soareş, Portuqaliya millisinin də üzvüdü.
