“Ekvadorla oyunda pis futbol nümayiş etdirmədik. Baxamayaraq ki, 2:3 hesabı ilə məğlub olduq. Ancaq rəqib qapısı qarşısında dəqiq zərbələr vura bilmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Portuqaliya yığmasının futbolçusu Helder Poştiqa deyib.
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının hücumçusu millimizlə Bakıdakı oyunla bağlı fikirlərini də, bildirib.
İspaniyanın "Saraqoza" klubunun forvardı martın 26-da qarşılaşacaqları millimizlə oyunda Ekvadorla matçdakı butraxdığı səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib:
“Biz hücumla yanaşı, müdafiədə də səhvlər etdik. Buna görə də onların aradan qaldırılmağı üzərində işləməliyik. Biz qarşıdakı 2 rəsmi oyunumuzun əhəmiyyətini dərk edirik. Dünya çempionatına vəsiqə qazanmaq üçün hər şey etmək niyyətindəyik”.
Qeyd edək ki, Portuqaliya millimizdən 4 gün öncə İsrail yığması ilə qarşılaşacaq.