Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu bu gün keçirilən mətbuat konfransında qalmaqala səbəb olub.
Korner.az-ın məlumatına görə, buna səbəb Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti rəhbərinin Bentunun sözlərini Azərbaycan dilinə tərcümə etməməsi olub.
Belə ki, onlar buna lüzum görməsələr də, azərbaycanlı jurnalistlər tərcümənin vacibliyini bildiriblər. Buna rəğmən bu baş verməyincə bir qrup jurnalist mətbuat konfransını tərk edib.
