DÇ 2014-ün seçmə mərhələsinin İsrail və Azərbaycanla oyunlarına hazırlaşan Portuqaliya millisinin fevralın 6-da Ekvadora qarşı keçirəcəyi oyuna dəvət olunan futbolçuların adları açıqlanıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Paulo Bento qarşıdakı görüşə adları çəkilən futbolçuları dəvət edib:
Qapıçılar: Beto (“Sevilya”), Eduardo (“İstanbul Böyük şəhər Bələdiyəsi”), Rui Patrisio (“Sportinq”).
Müdafiəçilər: Joao Pereyra (“Valensiya”), Miqel Lopez (“Sportinq”), Fabio Koentrao (“Real”, Madrid), Luis Neto (“Siena”), Bruno Alveş (“Zenit”), Rikardo Kosta (“Valensiya”), Sereno (“Real”, Valyadolid).
Yarımmüdafiəçilər: Joao Moutinyo (“Porto”), Raul Meireleş (“Fənərbaxça”), Miqel Veloso (“Dinamo”, Kiyev), Kustodio (“Braqa”), Ruben Mikayel (“Braqa”), Ruben Amorim (“Braqa”).
Hücumçular: Nani (“Mançester Yunayted”), Kristiano Ronaldo (“Real”, Madrid), Helder Poştiqa (“Saraqosa”), Danni (“Zenit”), Eder (“Braqa”), Huqo Almeyda (“Beşiktaş”), Varela (“Porto”).