Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentu İsrail Futbol Federasiyasının təklifini rədd edib.
Korner.az-ın məlumatına görə, Bentu İsrail yığması ilə səfərdə oynayacaqları 2014-cü il dünya çempionatının seçmə qrup qarşılaşmasının martın 22-dən başqa tarixə keçirilməsinə razı olmayıb.
O, səbəb kimi komandasının hazırlıq qrafikinin gərginliyini göstərib. Çünki həmin oyunun ardından Portuqaliya yığması Bakıya gələcək.
