Portuqaliya kubokunun qalibi məlum oldu
27.05.2024 , 10:39

Portuqaliya kubokunda 2023/24 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Sportinq” “Portu” ilə üz-üzə gəlib.
Matçın əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda rəqib qapısına yol tapan “Portu” 2:1 hesablı qələbə qazanıb.
Bununla da “Portu” tarixində 20-ci dəfə Portuqaliya kubokunun qalibi olub.
