Portuqaliya klubunda yeni müqavilə
08.10.2025 , 15:30
Portuqaliya “Sportinq” klubu yarımmüdafiəçi Pedru Qonsalveşlə əməkdaşlığını davam etdirmək qərarına gəlib.
Korner.az xəbər verir ki, Lissabon təmsilçisi 27 yaşlı futbolçunun müqaviləsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2020-ci ildən “Sportinq”də çıxış edən Qonsalveş indiyədək 209 matçda forma geyinib, 87 dəfə fərqlənib və 60 məhsuldar ötürmə edib.