Portuqaliya klubu gənc futbolçu transfer etdi
15.01.2025 , 20:41

Minsk “Dinamo”sunun futbolçusu Trofim Melniçenko klubundan ayrılıb.
Korner.az xəbər verir ki, belaruslu hücumçu karyerasını Portuqaliyada davam etdirəcək.
18 yaşlı futbolçu sözügedən ölkənin “Portu” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc forvard “Portu” ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
