Portuqaliyanın ikinci liqa klublarından olan "Uniao Leyriya"da maliyyə böhranı yaşanır. Korner.az-ın məlumatına görə, 4 aydı maaş üzünə həsrət qalan futbolçular qarşıdakı turlarda meydana çıxmaqdan imtina ediblər.
Məsələ ilə bağlı Portuqaliya Futbol Federasiyası klub qarşısında futbolçuların pullarını ödənilməsi şərti qoyub.
"Gimarayş", "Setubal", "Leksoeş" və "Belenenseş" klublarıda eyni aqibəti yaşayırlar.
Qeyd edək ki, "Uniao Leyriya" ikinci liqada 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.
