Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, millimizlə eyni qrupda qərarlaşan İsrail və Portuqaliya yığmaları Tel-Əvivdə üz-üzə gəliblər.
Qarşılaşmanın favoriti qonaqlar hesab olunsa da, bu nəticədə özünü əks etdirməyib. Altı qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Qeyd edək ki, martın 26-da Portuqaliya millimizin qonağı olacaq.
F qrupu
16.45. İsrail – Portuqaliya – 3:3
Qollar: Bruno Alveş, 2, Hemed, 24, Ben Basat, 40, Gerşon, 69, Poştiga, 73, Konetrao, 90+3
23.15. Lüksemburq – Azərbaycan
23.45. Şimali İrlandiya – Rusiya
