Portuqaliya – Azərbaycan oyununun vaxtı müəyyənləşdi
07.01.2021 , 17:52

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milliləri arasında keçiriləcək qarşılaşmanın stadionu müəyyənləşib.
Korner.az xəbər verir ki, matç paytaxt Lissabonda yerləşən “Joze Alvalade” stadionunda baş tutacaq.
Martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar oynayacaq.
