Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi ilk 2 matçın hansı stadionda oynanılacağı müəyyənləşib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, millimiz bu il sentyabrın 7-də İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Sentyabrın 11-də isə Portuqaliya yığması ilə Braqa şəhərindəki “Braqa Municipial Stadium”da üz-üzə gələcək.
