DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Braqa şəhərindəki Braqa Municipial Stadium-da keçiriləcək qarşılaşma yerli vaxtla saat 21:00-da başlayacaq.
Millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun keçiriləcəyi stadion və başlanma vaxtı bəlli olub. İsrail – Rusiya qarşılaşması sentyabrın 11-də, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
