Sentyabrın 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Braqda keçiriləcək Portuqaliya – Azərbaycan matçına 20 min bilet satılıb. Korner.az-ın məlumatına görə, 30.286 min azarkeş tutumuna malik AXA stadionunda anşlaq olacağı istisna deyil.
Xatırladaq ki, Portuqaliya – Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
