Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına bu gün yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gələcək.
"Bakcell Arena"da saat 20:00-da başlanacaq qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək.
Bu komandalar "Avro-2013" finalında qarşılaşıblar. Həmin vaxt Portuqaliya 2:1 hesabı ilə qalib gəlib.
21 may
Avropa çempionatı, final
