“Portu”nun yeni baş məşqçisi məlum oldu
30.06.2025 , 15:30

“Portu”nun yeni məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komanda italiyalı çalışdırıcı Françesko Farioliyə tapşırılıb.
Mütəxəssislə 2 illik müqavilə imzalanacağı gözlənilir.
“Ayaks”ın baş məşqçisi kimi 54 matçda iştirak edən Farioli 35 qələbə, 8 heç-heçə və 11 məğlubiyyətə imza atıb.
