“Portu”nun oyununda qalmaqal
17.02.2020 , 19:42

Portuqaliya Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Vitoriya” – “Portu” matçında xoşagəlməz hadisə yaşanıb.
Korner.az xəbər verir ki, qarşılaşmann 71-ci dəqiqəsində yerli azarkeşlər “Portu”nun hücumçusu Mussa Mareqaya qarşı irqçi şüarlar səsləndiriblər.
Bunu qəbul etməyən futbolçu meydandan çıxaraq, birbaşa paltardəyişmə otağına yollanıb.
Mareqa meydanı tərk edən zaman “Vitoriya” azarkeşlərinə əl işarəti ilə qarşılıq verib. Komanda yoldaşları hücumçunu sakitləşdirmək istəsə də, alınmayıb.
