“Portu” baş məşqçisinin müqaviləsini uzatdı
05.06.2021 , 19:58

“Portu” baş məşqçisi Serjio Konseysaonun müqaviləsinin müddətini uzadıb.
Korner.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Konseysao 2017-ci ildən “Portu”nu çalışdırır.
