“Portu” baş məşqçisini göndərdi
21.01.2025 , 12:25

“Portu” baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanın baş məşqçi postu müvəqqəti olaraq Xose Tavaresə tapşırılıb.
Vitor Bruno “Portu”nu ötən ildən çalışdırırdı.
