“Porto” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, Portuqaliya təmsilçisi “Pasuş de Ferreyra”nın sabiq məşqçisi Paula Fonseka ilə 2 illik müqavilə imzalayacaq. Pereyra ilə müqaviləsinin müddətini vaxtından əvvəl pozulduğu üçün isə “Porto” Vitoraya 1 milyon avro təzminat ödəyəcək.
“Porto”da Paula Fonseka ilə birgə Nunu və Pedro Kampos Moreyra da işləyəcək. Onlar yeni məşqçinin köməkçiləri olacaq.