Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, turnirdə çıxış üçün dəvət alan Portuqaliya təmsilçisi "Porto" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib. Bununla da 28 may – 02 iyun tarixlərində baş tutacaq II Qəbələ Kubokunun bütün iştirakçıları müəyyənləşib.
Daha əvvəl 6 komanda – "Barselona", "Şaxtyor", “Beşiktaş”, “Zenit”, "Feyenoord" və "Bakı" turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi.
Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.