“Poqon”un baş məşqçisi Artur Skovronek baxışda olan həmyerlimiz Nizami Hacıyevin çıxışını bəyəndiyini bildirib.
Korner.az-ın məlumatına görə, dünən Şçetsin şəhərində “Energetik”lə keçirilən yoxlama oyunundan (5:2) sonra polşalı jurnalistlər baxışda olan 10 futbolçudan hansını komanda da qalacağına aydınlıq gətirməyə çalışıb.
Ad açıqlamayan 30 yaşlı çalışdırıcı cinahda çıxış edən bir futbolçunu, qısacası Nizamini sözarası bəyəndiyini etiraf edib:
“Hesab edirik ki, hücumun cinahlarında çıxış edən bir futbolçu yaxşı təsir bağışladı. Biz ona yenə baxacağıq. Çünki bizim başqa planlarımız da var. Əvvəla, onunla pul məsələsində razılığa gəlməliyik, üstəlik bizim başqa yoxlama matçlarımız da olacaq”.
Qeyd edək ki, “Poqon” cari mövsümdən Polşanın əsas liqasında çıxış edir.
