Poqbaya sərt cəza
29.02.2024 , 17:01

“Yuventus”un futbolçusu Pol Poqbanın cəzası məlum olub.
Korner.az xəbər verir ki, o, dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunub.
2023-cü ilin oktyabrında Turin təmsilçisinin 30 yaşlı oyunçusunun nümunəsində həddindən artıq yüksək testosteron aşkar edilmişdi.
Poqba 2022-ci ilin yayından “Yuventus”da çıxış edir.
