“Mançester Siti”in transfer bazarında əsas məqsədi “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba idi.
Korner.az-ın məlumatına görə, fransalının “Barsa”ya maraq göstərməsi “şəhərlilər”in planını dəyişdi
Mançester klubu hazırda bütün diqqətini Alkantaranın transferinə yönəldib. Onun keçidi Poqbaya nisbətən daha ucuz başa gələ bilər.
24 yaşlı futbolçu “Bavariya”da olduğu üç mövsümdə sadəcə 28 oyunda iştirak edib.