“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba Əfqanıstanda xeyriyyə işləri üçün 100 min avro pul xərcləyəcək.
Korner.az-ın məlumatına görə, o, çeki bu gün “Bavariya”ya qarşı keçirəcəkləri oyundan əvvəl “Qırmızı xaç” cəmiyyətinin nümayəndəsinə təqdim edəcək.
Poqbanın vercəyi pul piyada əleyhinə minalardan zərər görmüş insanların reabilitasiyasına xərclənəcək..
Qeyd edək ki, fransız futbolçu bu pulu UEFA-dan ilin komandasına seçildiyinə görə mükafat qismində almışdı.
