Poqba: “Yolumuza məğlubiyyətsiz davam etmək istəyirik”
26.03.2019 , 16:26

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba Moldova və İslandiya milliləri görüşdən sonra mətbuata açıqlamalar verib.
Rahat bir şəkildə irəlilədiklərini bildirən fransalı futbolçu daha da yaxşı olacaqlarına inandığını deyib
“Moldova və İslandiya görüşlərində istədiyimiz nəticələri qazandıq. Eyni ilə bu şəkildə davam etmək istəyirik. İyuna qədər vaxtımız var.”
Qeyd edək ki, Fransa millisi əvvəlcə, səfərdə Moldovanı (4-1), daha sonra doğma meydanda İslandiya yığmasını (4-0) hesabı ilə məğlub edib.
