Poqba yenə zədələndi
15.05.2023 , 11:41

“Yuventus”un futbolçusu Pol Poqba yenudən sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, Fransa millisinin də şərəfini qoruyan yarımmüdafiəçi “Kremoneze” ilə oyunda zədələnib.
Yenicə zədədən qayıdan təcrübəli futbolçunun zədəsi ciddidi. Onun üçün mövsümün başa çatdığı bildirilir.
