"Yuventus"un futbolçusu Pol Poqba uğrunda mübarizə davam edir.
Korner.az-ın məlumatına görə, fransız futbolçuya astronomik təkliflər edən bir neçə klub var.
Bu klublar arasında "Mançester Yunayted"in də adı yer alıb. Poqbanı heyətində görmək istəyən "Barselona" isə futbolçuya çoxlu pul təklif etmək niyyətində deyil.
Qeyd edək ki, Poqba özü növbəti mövsümü "Yuventus"da keçirmək niyyətindədi. Bir neçə gün öncə isə Poqba daha sonra İspaniyada oynayacağı barədə açıqlama verib. (El Mundo Deportivo)
