Mançester Yunayted” “Yuventus”un futbolçusu Pol Poqbanın transferini reallaşdırmaq üzrədir.
Korner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, artıq fransalı yarımmüfaiəçi tibbi baxışdan keçmək üçün klubun bazasına gedib.
Bugünlərdə onunla müqavilə imzalanacağı gözlənilir.
“Mançester Yunayted”in sabiq futbolçusu üçün İtaliya klubuna 110 milyon avro ödəyəcəyi bildirilir.
