Poqba “Mançester Yunayted”dən ayrılır?
24.04.2019 , 17:00

“Mançester Yunayted”in futbolçusu Pol Poqba yayda klubdan ayrıla bilər.
Fransanın L’Equipe nəşrinin məlumatına görə, fransalı futbolçu getmək istəməsi ilə bağlı komanda yoldaşlarına xəbər verib. Bundan başqa 26 yaşlı futbolçunun “qırmızı şeytanlar” ilə müqaviləsinin bitməsinə az qalıb. Lakin hələ də ona yeni müqavilə təklif olunmaması onun gedəcəyini daha da dəqiqləşdirir.
Qeyd edək ki, Pol Poqbanın xidmətində Madridin “Real” klubu maraqlıdır.
