Poqba: “Həmişə ən yaxşılara qarşı…”
23.04.2019 , 18:32

“Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba “Mançester Siti” ilə keçiriləcək oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Fransalı futbolçu son zamanlar ağır günlər yaşadıqlarını etiraf edib.
“Everton klubuna qarşı utancverici məğlubiyyət aldıq. Ancaq “Mançester Siti” ilə görüşdə daha yaxşı oynayıb, qələbə qazanmaq istəyirik. Böyük klublara qarşı oynamağı və özümü göstərməyi xoşlayıram.”
Qeyd edək ki, Mançester derbisi sabah keçiriləcək.
